Ufuk Budakın komandası 7 oyun sonra qələbə qazandı
- 26 Noy 2019 12:40
- 714
Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Boluspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Bu, “Altınordu”nun cari mövsümdəki ikinci qələbəsidi. Bu komanda həm də 7 oyun (4 məğlubiyyət, 3 heç-heçə) sonra qələbə sevinci yaşadı.
Ufuk bu görüşün iştirakçısı olmayıb. Millimizin sabiq üzvünün adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Altınordu” hazırda 10 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.