Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb.

“Altınordu” hazırda 6 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.