Ufuk Budaklı “Altınordu” yenə darmadağına üzüldü
- 27 Okt 2019 18:00
- 762
Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ümraniyəsspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü fasilədə əvəzlənib.
“Altınordu” hazırda 5 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.