"Region Liqası"nın ilk turu çərçivəsində "Qardaşlar"ı qəbul edən "Uğur" rəqibini 16:0 hesabı ilə məğlub edib.

 

Rekord.az xəbər verir ki, oyunla bağlı diqqət çəkən məqam heç də hesabla bağlı olmayıb.

 

Diqqət çəkən məqam "Uğur"un rəqibini Sumqayıtda yox, Biləcəridə qəbul etməsi olub. Bu isə belə təəssürat yaradıb ki, yəqin "Uğur"un Mehdi Hüseynzadə adına stadionla problemi olub. Lakin komandanın baş məşqçisi Qəzənfər Abbasov bizimlə söhbətində bildirib ki, ev oyunlarını Biləcəridə keçirmələrinin əsas səbəbi rəqib olub. Belə ki, oyun əslində saat 15:00-da başlamalı idi. Lakin rəqib həmin saatda futbolçularının işdə olmasını əsas gətirərək matçın axşam saatlarında oynanılmasını xahiş edib. "Mehdi Hüseynzadə" adına stadionun isə işıqlandırma sistemi olmadığı üçün rəqibi Biləcəridə qəbul etməli olub.