“Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq” - Azər Bağırov
- 28 Sen 2024 19:42
- 132
Premyer Liqanın 8-ci turunun "Zirə" ilə oyundan sonra “Kəpəz”in baş məşqçisi Azər Bağırov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Oyun konsentrasiyasından düşürük. Oyundan-oyuna nələrisə yaxşı etməyə çalışırıq. Düşünürəm ki, ilk hissədə daha yaxşı mübarizə apardıq. Meydançada bağışlanmayan səhvləri həm birinci, həm də ikinci hissədə etdik. Əvəzetmədən meydana daxil olan futbolçularla bağlı onu deyə bilərəm ki, hər bir oyunun öz tapşırığı var. Məşqçilər korpusu ilə birlikdə fikirləşdik ki, oyuna daha yaxşı yerli futbolçular qoşula bilər və ona görə də onları meydana buraxdıq. Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq".