Son "Region Liqası"nın qalibi "Uğur"un prezidenti Vasif Maşayevin bu yaxınlarda "Futbol plus"a açıqlamasında təəccüb doğuran fikirlər səslənirib.

 

Rekord.az xəbər verir ki, klub prezidenti sanki AFFA-nın vəkili kimi çıxış edərək həm mükafat tələb edən futbolçuları, həm də məsələni ictimailəşdirən medianı qınayıb.

 

Əldə etdiyimiz məlumata görə, klub prezidentinin bu cür fikirlər söyləməsinə səbəb AFFA-dan gələn zəng olub. Ona deyilib ki futbolçularının tez-tez mətbuata çıxıb şikayət və tənqid dolu açıqlamalar verməsinin qarşısını alsın. Çünki bu tip açıqlamalar "yuxarı"da xoş qarşılanmır. Məhz bundan sonra klub prezidenti futbolçularını bir araya yığaraq onlara belə açıqlamalar verməyi qadağan edib.