Ukrayna idmançısı Bakıda qızıl medal qazandı
- 02 İyn 2022 22:27
- 494
Bakıda təşkil olunum atıcılıq üzrə dünya kuboku davam edir.
Rekord.az xəbər verir ki, bu gün tüfəngdən 50 metr məsafəyə 3 pozisiyalı atəşaçma üzrə kişilərin yarışında Ukrayna təmsilçisi Sergey Kuliş qızıl medal qazanıb.
O, finalda hindistanlı Suapnil Kusaleni 16:10 hesabı ilə yenərək çempion olub. Üçüncü pillədə isə Finlandiya atıcısı Aleksi Leppa qərarlaşıb.
25 metr məsafəyə tapançadan atış üzrə qadınlar arasında yarışın qızıl medalını isə Bolqarıstan atleti Antoaneta Kostadinova qazanıb. Macarıstan və Ukrayna idmançıları isə 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.
Çempionları Azərbaycanın Gənclər və İdman nazirinin müavini Mariana Vasilyeva təbrik edib.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda təşkil etdiyi dünya kuboku iyunun 7-dək davam edəcək.