Ukrayna klubuna UEFA-dan texniki məğlubiyyət
- 23 İyl 2024 16:30
- 185
UEFA Ukraynanın "Dnepr-1" klubunu bu mövsüm Konfrans Liqasından kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
UEFA-nın qərarında qeyd olunur ki, Konfrans Liqasının 2024/25 mövsümünün iyulun 25-də keçirilməsi nəzərdə tutulan “Dnepr-1” və Macarıstanın Puşkaş Akademiyası oyunu “Dnepr-1”in günahı üzündən baş tutmayacaq.
Bu səbəbdən Ukrayna klubuna avtomatik olaraq 0:3 hesabı ilə məğlubiyyət veriləcək. Komandaların cavab oyunu üçün də eyni qərar qəbul edilib.
Buna klubun maliyyə intizamını pozması səbəb olub.
Bundan əvvəl "Dnepr-1" Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb. 2015-ci ildə "Dnepr-1" adı ilə fəaliyyətini davam etdirən klub (əvvəlki adı "Dnepr") iflas ərəfəsindədir və fəaliyyətini dayandıra bilər.