Ukraynalı məşqçi Azərbaycan millisindən qovuldu
- 16 Sen 2021 17:15
- 733
Azərbaycan Üzgüçülük Federasiyası millimizin məşqçilərindən olan ukraynalı mütəxəssis Sergey Bondarı işdən qovub.
Rekord.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssisin qovulmasına səbəb kimi Tokio Olimpiadasında uğursuzluq göstərilir.
Bu səbəbdən də Üzgüçülük Federasiyasının prezidenti, sabiq millət vəkili Xanlar Fətiyev onunla əməkdaşlığın dayandırılması barədə qərar verib.
Yaponiyanın paytaxtında keçirilən üzgüçülük yarışında Azərbaycanı Rusiya əsilli Maksim Şemberev və İran əsilli Məryəm Şeyxəlizadəxangah təmsil etsə də, onlar finala yüksələ bilməyib. Hər iki idmançı Olimpiadanın ilk günündə – iyulun 24-də yarışla vidalaşıb.
Ukrayna millisinin üzgüçülük üzrə sabiq baş məşqçisi olan Sergey Bondar Rio Olimpiadasından sonra yığmamıza gətirilmişdi.
O, 2016-cı ilin noyabrından yığmamıza baş məsləhətçi və aparıcı mütəxəssis kimi cəlb edilmişdi.