Ukraynanın daha bir idmançısı müharibədə həlak oldu
- 23 İyl 2022 17:20
- 465
Daha bir ukraynalı idmançı Rusiya silahlıları tərəfindən öldürülüb.
Rekord.az UNIAN-a istinadən xəbər verir ki, stronqmen üzrə həvəskarlar arasında ölkə çempionu Vasili Pavelyev döyüş tapşırığını yerinə yetirərkən gülləyə tuş gəlib.
Kiyev patrul polisinin üzvü olan idmançı ilə yanaşı, onun həmkarı Oleq Voloşin də ölüb.
İndiyədək müharibədə Ukraynanın 100-ə yaxın idmançısı həlak olub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.