“Ulduz” Belçika klubuna qalib gəldi
- 24 Yan 2020 15:20
- 1002
İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasında çıxış edən “Ulduz” növbəti oyununu keçirib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Belçikanın “Şarlerua” klubu ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb – 4:3.
“Ulduz” turnirdə növbəti oyununu bu gün keçirəcək. Macarıstanın “Budapeşt” komandası ilə qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.