“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”
- 21 May 2024 15:20
- 213
“Ümid edirəm ki, milli komandamız Parisdəki paralimpiadada da yaxşı nəticələr əldə edəcək”.
Rekord.az xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Orxan Aslanov deyib.
T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə birinci olan idmançı yığmanın turnirdə üçüncü qızıl medalı əldə etdiyini xatırladıb: "Bütün paralimpiya ailəsini ürəkdən təbrik edirəm. Şadam ki, qızıl medallardan birini mən qazanaraq bu nəticədə pay sahibi oldum. İlk dünya çempionluğunu əldə etdim. Bu qızıl medal qarşıdan gələn Paris Paralimpiadası öncəsi məndə stimul yaratdı ki, daha həvəslə hazırlaşım".