"Ümid" Taekvondo Klubu Özbəkistandan əli dolu döndü FOTOLAR
- 20 Mar 2023 10:00
- 1000
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 5 Mart "Bədən tərbiyəsi və İdman günü" kimi qeyd olunur.
Rekord.az xəbər verir ki, məlum tarixdə idmana aid bütün qurumlara məsul şəxslərin ziyarəti baş verirdi.
Məhz həmin günlərdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi rəisi Raqif Abbasov və baş məşqçi İlkin Şahbazovun, "Ümid" Taekvondo Klubunu ziyarət edərək, 5 tələbənin Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışı və Nazaraliyev Beynəlxalq Taekvondo turnirinə ezam olunacağının müjdəsini verdi. Bu minvalla "Ümid" taekvondo ailəsi Azərbaycan Taekvondo Federasiyasına dərin minnətdarlığını bildirir.
Nəticə etibarı ilə 7 nəfər 15 Mart tarixində yola düşdü. 19 Mart Bakıya əli dolu döndülər.
Şahbazov Ümüd və Rəhimli Rahim - qızıl medal
Əsgərov Hüseyn, Qədiməli Məhəmməd - gümüş medal
Azayeva Esmanur, Mürvətov Əhməd, Məmmədli Məhəmməd - Bürünc medal
İdmançılar Azərbaycan Bayrağını hər zaman yüksək dalğalandıracaqlarına söz verdilər.