Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb.

Rekord.az xəbər verir ki, söhbət zamanı ölkəmizdə ağırlıqqaldırmanın perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.

AAF-nin uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Firdovsi Umudov bu işdə IWF-nin dəstəyinin önəmini vurğulayıb.

Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili barədə söhbət aparılıb. Görüşün sonunda Firdovsi Umudov Məhəmməd Caluda AAF-nin xüsusi hədiyyəsini təqdim edib.