Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan və Türkiyə alpinistlərinin Haçadağa ekstremal yürüşü təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Rekord.az-a verilən məlumata görə, bu məqsədlə dəniz səviyyəsindən 2415 metr yüksəklikdə olan təbiət abidəsinə 11-i yerli idman federasiyalarının, 23-ü isə “İğdır Genclik ve Spor Dağçılık”, “İğdır Dağçılık ve Bisiklet Spor”, “Kars Dağcılık ve Arama Kurtarma” klublarının üzvləri olmaqla, 34 alpinistdən ibarət qrup zirvəyə dırmanıb.

Yürüşün son nöqtəsində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.

Sonda alpinistlərə fəxri fərman təqdim olunub.