XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək voleybol üzrə tələbə oğlanlardan ibarət Azərbaycan millisi bu gün Çinə yola düşüb. "Rekord.az" xəbər verir ki, Çendu şəhərində təşkil olunan yarışda komandamız C qrupunda mübarizə aparacaq. 

Qeyd edək ki, universiada 28 iyul - 8 avqust tarixlərində keçiriləcək. Yığmamızın rəqibləri ev sahibi ilə yanaşı, Ukrayna, Meksika və Yaponiya kollektivləridir.