Azərbaycanın tələbə oğlanlardan ibarət millisi XXXI Ümumdünya Yay Universiadasına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız təlim-məşq toplanışını Bakıda keçir. 

Yığmamız 28 iyul - 8 avqust tarixlərində Çində təşkil olunacaq yarışda C qrupunda mübarizə aparacaqlar. Millimizin qrup rəqibləri meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika kollektivləridir.

Komandamızın heyətini təqdim edirik:

Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev.

Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov.

Oyunqurucu: Roman Qurskiy,

Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel.

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçi: Dilqəm Qəhrəmanov

Həkim: Sevinc Nəcəfova