Uruqvay Kanadanı yenərək bürünc medallara sahib çıxdı
- 14 İyl 2024 11:23
- 169
Amerika Kubokunun üçüncü yer uğrunda matçında Kanada və Uruqvay üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, qarşılaşma ABŞ-nin Şarlott şəhərinin “Bank of Amerika” stadionunda baş tutub.
Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıb: artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb. Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb: 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilərə daşıyıb: “El Pistolero” Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.
Penalti seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb – 3:4.
Beləliklə, Uruqvay milli futbol komandası Amerika Kubokunun üçüncüsü olub.
Final qarşılaşması isə iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.