İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-dan Alberto Paloski və PSV-dən Qaston Pereyronu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qaston İtaliya klubu ilə 2024-cü ilin yayına qədər müqavilə bağlayıb. Uruqvay millisinin də üzvü olan 24 yaşlı yarımmüdafiəçi “Nasyonal”ın yetirməsidi. O, Niderland klubunda 2015-ci ildən çıxış edirdi.

Paloski isə mövsümün sonuna kimi icarəyə götürülüb. “Milan”ın yetirməsi olan italiyalı hücumçu karyerası ərzində “Parma”, “Cenoa”, “Kyevo”, “Suonsi Siti”, “Atalanta” kimi komandalarda da oynayıb. 30 yaşlı futbolçu SPAL-da 2017-ci ildən oynayırdı.