İspaniyanın "Jirona" klubunun futbolçusu Kristian Stuani UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Rekord.az xəbər verir ki, 37 yaşlı uruqvaylı forvard buna turnirin Liqa mərhələsinin 1-ci turunda Fransanın PSJ komandası ilə matçda iştirak etməklə nail olub.

Görüşə start heyətində başlayan forvard XXI əsrdə qitənin bir nömrəli klub turnirində debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb.

Qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə bitib - 1:0.