Uruqvaylı futbolçu rəsmən “Qalatasaray”da
- 06 Yan 2020 21:06
- 921
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, “sarı-qırmızı”lar Almaniyanın “Leyptsiq” klubundan Marselo Saraççini icarəyə götürüb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, “Qalatasaray”ın 22 yaşlı müdafiəçini 1,5 illik icarəyə götürdüyü bildirilib.
Türkiyə çempionu bu keçidə görə Almaniya klubuna 500 min avro ödəyib. Saraççi özü isə ilyarım ərzində “Qalatasaray”da 2 milyon 50 min avro məvacib alacaq. O, yeni komandasında 36 nömrəli formanı geyinəcək.
2018-ci ilin iyulunda “Leyptsiq”ə keçən Saraççi bu mövsüm Bundesliqada 4 oyuna çıxıb. Uruqvay milli komandasının da üzvü olan müdafiəçinin Almaniya klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.