Uşaq liqalarında narazılıq: bizim oyunlara da hakim təyin edin!
- 12 Noy 2024 15:00
- 144
AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında ciddi narazılıq baş qaldılrıb.
Rekord.az xəbər verir ki, söhbət U-8 və U-9 liqalarından gedir.
Belə ki, AFFA bu liqaların oyunlarına hakim təyin etmir və bu funksiyanı məşqçilər özləri yerinə yetirir. Bu isə tez-tez mübahisələrə səbəb olur. Çünki bir məşqçinin verdiyi qərarı, rəqib komandanın baş məşqçisi qəbul etmir və bununla da mübahisə yaranır. Bəzən bu cür mübahisələrə görə dəqiqələrlə oyun dayanır. Məhz buna görə, sözügedən liqalarda çıxış edən komandalar da oyunlarına hakim təyinatının olmasını istəyir və bununla bağlı bəzi narazılıqlar federasiyaya da çatdırılıb.