Sabah Bakı şəhərində usta cüdoçuların Azərbaycan çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. 

120-yə yaxın cüdoçu müxtəlif əyarlı medallar uğrunda mübarizə aparacaqları çempionatda -60 kq, -66 kq, -73 kq,  -81 kq, -90 kq,  -100 kq, +100 kq çəki dərəcələrində güclərini sınayacaqlar. 

Yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli komandasına cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.