“Üzməyi öyrənək” layihəsi başa çatdı
- 06 Mar 2023 10:30
- 549
6 fevral - 4 mart 2023-cü il tarixlərdə Lənkəran Olimpiya İdman Komplekslərində Gənclər və İdman Nazirliyi təşkilatı dəstəyi ilə orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil edilmişdir.
Rekord.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.
Fevralın 6-dan etibarən bir ay davam edən üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılmış. Bu günkü, yarışda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə şagirdləri 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik etmiş və ilk 3 yeri tutan şagirdlərə diplom və medallar təqdim edib. Digər yerləri tutan şagirdlərə sertifikat təqdim olundu.