"Valensiya"nın 35 faizi virusa yoluxub
- 17 Mar 2020 17:40
- 563
“Valensiya”da komandanın 35 faizi koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə matçdan sonra oyunçu və işçilərdən götürülən koronavirus testinin müsbət çıxdığı bildirilib.
Bundan əvvəl “Valensiya”nın müdafiəçiləri Esekyel Qaray və Elyakim Manqalanın koronavirusa yoluxduğu aşkarlanmışdı.
Qeyd edək ki, İspaniyada indiyədək koronavirusa 9.191 nəfər yoluxub, 309 nəfər isə dünyasını dəyişib.