Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Lui van Qal çalışdıracaq.

Bu barədə Niderland Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

70 yaşlı mütəxəssis bu vəzifədə Frank de Buru əvəzləyib. De Bur AÇ-2020-dən sonra istefaya göndərilmişdi.

Qeyd edək ki, Lui van Qal 2000/01, 2012-2014-cü illərdə də Niderland millisinə baş məşqçilik edib.