Vaqner: “Qarabağ” karyerama böyük sürprizlə başladım”
- 09 Yan 2020 13:20
- 711
“Qarabağ”ın qapıçısı Vaqner da Silva Braziliya mətbuatına açıqlama verib.
Komanda.az “lance.com.br” saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Azərbaycana uyğunlaşmağın çətin olmadığını deyib:
“Uyğunlaşmaq çətin olmadı. Beynimdə hər zaman belə bir fikir olurdu ki, yeni mədəniyyətə uyğunlaşa, adətlərimi dəyişə bilməyəcəm. Həyat yoldaşım və qızım da buranı çox sevir. Klub yaxşı təşkilatlanıb. İnsanlar möhtəşəm, komanda fantastikdir.
Bakı gözəl şəhərdir. Ölkəni az adam tanıyır, ancaq dünyanın ən təhlükəsiz yerlərindən biridir. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər.
“Qarabağ” karyerama böyük sürprizlə başladım. Gəldim və dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım”.
2018-ci ildən “Qarabağ”da forma geyinən Vaqnerin müqaviləsi mövsümün sonuna qədərdi.