Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 400 metr qaçışda 55:34 saniyə nəticə göstərərək qızıl medala yiyələnib.

Rekord.az xəbər verir ki, o, bu nəticə ilə 17-ci Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb. 

Lamiyə Vəliyeva 100 metr qaçışda da qızıl medal qazanaraq Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin etmişdi.

Bu nəticə ilə Lamiyə Vəliyeva Yay Paralimpiya Oyunlarında ölkəmizi 2 növdə (100 metr və 400 metr) təmsil edəcək.

Xatırladaq ki, dünya çempionatında paraatletika idman növü üzrə Paris-2024 Yay Paralimpiya Oyunlarına 5 lisenziya əldə edilmişdi.