Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib
- 01 Dek 2023 17:00
- 246
Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub.
Rekord.az xəbər verir ki, Respublika Velotrekində baş tutan bağlanış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Ümumilikdə gender bərabərliyi gözlənilmək şərti ilə 18 nəfərin qatıldığı nəzəriyyə və təcrübədən ibarət olan kursun sonunda iştirakçılara sertifikatları MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-in prezidenti Mədət Quliyev təqdim ediblər.
Kursları uğurla başa vuranlara velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyi bildirilib.
MOK təşkilatçılığı və BOK-un dəstəyi ilə velosiped idman növü üzrə 4-cü dəfədir ki, texniki kurslar keçirilir. Bunlardan ikisi LEVEL-1, ikisi isə LEVEL-2 kursları olub. Gender bərabərliyi gözlənilmək şərti ilə ümumilikdə 80 məşqçi kurslardan faydalanıb.
Qeyd edək ki, velosiped idmanı üzrə təşkil olunan beynəlxalq səviyyəli LEVEL-1 texniki kursu beynəlxalq dərəcəli ekspert, federasiyanın baş katibi Elnarə Musayeva aparıb.