Fransalı məşqçi Arsen Venger gələcək karyerası haqda danışıb.

 

Rekord.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına açıqlama verən 70 yaşlı mütəxəssis daha İngiltərə Premyer Liqasında çalışmaq istəmədiyini deyib:



"İngiltərədən bir neçə təklif alsam da, rədd etdim. “Arsenal"a olan bağlılığıma görə Premyer Liqada işləmək istəmirəm. 20 il "Arsenal"la çempionatın ilk 4 pilləsində qərarlaşdıq. Sonda bu, kifayət etmədi. Bu gün "Arsenal" Çempionlar Liqasına qatılsa, insanlar xoşbəxt olacaq".

 

Qeyd edək ki, 1996-2018-ci illərdə "Arsenal"ı çalışdıran A. Venger London klubuna 3 dəfə Premyer Liqa çempionluğu qazandırıb.