İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 69 yaşlı fransalı mütəxəssis bundan sonra FİFA-da çalışacaq.

O, FİFA-nın dünya futbolunun inkişafı departamentinə direktor təyin olunub. Məlumatı qurumun mətbuat xidməti yayıb.

Qeyd edək ki, Venger 22 il çalışdığı London “Arsenal”ından ayrılandan, yəni 2018-ci ildən işsiz idi.