Veratti komanda yoldaşları üçün darıxır
- 13 Apr 2020 12:47
- 612
“Daha əvvəl etmədiyim işlərlə məşğulam. Hər gün çalışıram. Əvvəllər oyunlara görə bu qədər məşq edə bilmirdim”.
Rekord.az xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Marko Veratti “La Parisien”ə açıqlamasında deyib.
Karantində vaxtını pis keçirmədiyini deyən italiyalı yarımmüdafiəçi komanda yoldaşları üçün darıxdığını da bidirib: “Komanda yoldaşlarımızla vaxtaşırı danışırıq. Axı hər gün bir yerdə idik. İndi onlardan ötrü çox darıxıram. Sanki azarkeşlərmiz önündə oyuna çıxmağımızdan bir il ötür. Qol vurmağın və ya qələbə qazanmağın verdiyi hissi çox arzulayıram”.