İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


58 yaşlı mütəxəssis komandanın ambisiyalarına cavab verməməsi və hədəflərə uyğun gəlməməsi səbəbindən yola salınıb. İspanyalı mütəxəssislə yanaşı onun daha dörd köməkçisi London klubundan ayrılıb.


"Vest Hem" Premyer Liqada 20 turdan sonra 23 xalla 14-cü sırada qərarlaşıb.