İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Tomaş Souçek Çexiyada ilin ən yaxşı futbolçusu elan olunub.

Rekord.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Sevilya”nın qapıçısı Tomaş Vatslik ikinci yeri tutubsa, “Herta”nın yarımmüdafiəçisi Vladimir Darida üçüncü olub.