İkinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan voleybolçulari mükafatlandırılıblar. "Rekord.az" xəbər verir ki, 44 günlük Vətən müharibəsində iştirak edən voleybolçular evlərinə dönüblər. Onlar göstərdikləri şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif olunublar. 

Hidayətzadə Elvin İsrail oğlu “Cəsur döyüşçü”, ”Xocavəndin və Füzulinin azad olunmasına görə” medallarına, Rəhmətov Çingiz Rafiq oğlu isə “Füzulinin və Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.

Hər iki voleybolçu bu mükafatlara görə Cənab Prezidentə təşəkkür edib, 30 illik müddətdən sonra torpaqlarımızın qaytarılmasında pay sahibi olduqları üçün xoşbəxt olduqlarını vurğulayıblar.