Vətən müharibəsindəki qələbəmizdə voleybolçularımızın da payı var
- 31 Mar 2021 14:45
- 903
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Vətən müharibəsində şəhid olmuş, yaralanmış və könüllü hərbi xidmətə yollanmış nazirlik əməkdaşlarının və idmançıların siyahısını açıqlayıb. "Rekord.az" xəbər verir ki, haqlı mübarizəmizdə iştirak etmiş qəhrəmanlarımız sırasında voleybol nümayəndələri də var.
44 gün davam edən müharibəyə könüllü yollanan voleybolçu Səfərov Orxan döyüşlərdə yaralanaraq qazi olub.
Ordu sıralarına könüllü yazılan voleybolçular Həsənov Vüqar, Əzimov Cavid, Qaraxanov Miryaqub, Əzimov Cavid, Hidayətzadə Elvin və eyni zamanda hərbçi olan Rəhmətov Çingiz torpaqlarımızın azad olunması uğrunda şücaətlə döyüşüblər.
Haqlı mübarizəmizdə idmançılarla yanaşı, voleybol mütəxəssisləri də yaxından iştirak ediblər. Naftalan UGİM məşqçi-müəllimi Şirinov Kamil və Şuşa UGİM məşqçi-müəllimi Quliyev Fərid könüllü ön cəbhəyə yollanaraq şanlı qələbəmizin qazanılmasında pay sahibi olublar.
Qeyd edək ki, Vətən müharibəsində ümumilikdə 988 nəfər nazirlik əməkdaşı və idmançı qəhrəmancasına vuruşub. Onlardan 320 nəfəri torpaqlarımızın düşməndən azad olunması uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.