Muxtar Respublika Stadionunda məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi reallaşıb.

Rekord.az xəbər verir ki, yarışda 17 məktəb komandası mübarizə aparıb. İştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma və turnikdə dartınma növlərində bacarıqlarını nümayiş etdiriblər.

14 nömrəli tam orta məktəb birinci yerə sahib çıxaraq Naxçıvan şəhərini muxtar respublika final mərhələsində təmsil etmək hüququ qazanıb. 15 və 16 nömrəli məktəblər müvafiq ardıcıllıqla ikinci, üçüncü yerlərdə qərarlaşıblar. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, fəxri fərman və kubok təqdim edilib.