24 fevralda veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Yarışda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Yarış saat 10:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.