Veteran cüdoçular dünya çempionatına bu heyətlə yollanırlar
- 06 Sen 2022 19:15
- 482
Sentyabrın 8-də Polşanın Krakov şəhərində start götürəcək usta cüdoçular arasında dünya çempionatı üçün Azərbaycan komandasının heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, 4 gün davam edəcək yarışa 7 yaş kateqoriyası üzrə 35 idmançı yollanacaq.
Veteranlardan ibarət komandaya baş məşqçi Fərhad Rəcəbli və məşqçi Əsəd Əsgərov rəhbərlik edəcək.
Çempionata 59 ölkədən 901 idmançı qatılacaq.
M1 yaş kateqoriyası
Nadir Babayev (73 kq)
Murad Rəcəbli (90 kq)
Tural Səfquliyev, İmran İmanov (hər ikisi 100 kq)
Qurban Məmmədli (+100 kq)
M2 yaş kateqoriyası
Məmməd Məmmədov (73 kq)
Samir İsmayılov, Anar Yusifli (hər ikisi 81 kq)
Ramil Muradov, Mətləb Məmmədov, İlham Heydərov (hamısı 90 kq)
İntiqam Ələkbərov, Vasif İbrahimov (hər ikisi 100 kq)
M3 yaş kateqoriyası
Vüqar Budaqov, Rəşad Quliyev (hər ikisi 73 kq)
Azər Fətullayev, Zülfüqar Hüseynov (hər ikisi 81 kq)
Vüsal Cəfərov, Rövşən Bağırov (hər ikisi 90 kq)
Aqşin Atakişiyev (100 kq)
Ayaz Ümüdəliyev (+100 kq)
M4 yaş kateqoriyası
Babək Hacıyev (60 kq)
Rauf Fərzəliyev, Azad Abbasov (hər ikisi 73 kq)
Mahir Ağamirzəyev (90 kq)
Emil Hüseynov (100 kq)
Çingiz Orucov (+100 kq)
M5 yaş kateqoriyası
Müşfiq Cəfərov (73 kq)
Mübariz Cəfərov (90 kq)
Qabil Qasımov, Rövşən Muxtarov (+100 kq)
M6 yaş kateqoriyası
Azər Əsgərov (+100 kq)
M7 yaş kateqoriyası
Fərhad Rəcəbli (90 kq)
Arif Qasımov (100 kq)
Mübariz Pənahov (+100 kq)
ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.