Veteran cüdoçulardan DÇ-də daha 7 medal
- 10 Sen 2022 12:15
- 482
Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançıları daha 7 medal qazanıblar.
Rekord.az xəbər verir ki, sentyabrın 9-da M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub.
M1 yaş kateqoriyası üzrə -73 kq. çəkidə Nadir Babayev gümüş, -90 kq. çəkidə Murad Rəcəbli gümüş, -100 kq. çəkidə Tural Səfquliyev qızıl, +100 kq. çəkidə isə Qurban Məmmədli gümüş medal qazanıb.
M3 yaş kateqoriyasında yarışan idmançılarımız -73 kq. çəkidə Rəşad Quliyev bürünc, -81 kq. çəkidə Azər Fətullayev qızıl və Zülfüqar Hüseynov gümüş medal əldə edib.
Daha öncə M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində ölkəmizi Fərhad Rəcəbli dünya çempionu olmuşdu.