Veteran güləşçilər dünya çempionatında 4 medal qazanıblar
- 14 Okt 2024 19:00
- 292
Oktyabrın 8-dən 13-dək Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb.
A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) dünya üçüncüsü olub.
Mundialda 3-cü dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov 2-ci, Qurbanov isə 3-cü kateqoriyaya yüksəlmək üçün imtahan verib.