"Veteranlara ayrılan 250 min manatın başına daş salmağın yolunu Oqtay Abdullayevdən yaxşı bilən yoxdur"
- 08 Okt 2019 15:00
- 2203
Nazim Süleymanovun futbol adamlarını öz ətrafında birləşdirən həmkarlar ittifaqı yaratmasının ardından futbol veteranları ittifaqının sədri Oqtay Abdullayev sanki “qış yuxusu”ndan ayılıb. Neçə müddətdir ki, Süleymanova və onun təşkilatına qarşl cəbhə açan Abdullayev bu yolda bəzi keçmiş futbolçularından da istifadə edir. Həm özünün, həm də həmin keçmiş futbolçuların dilindən həmkarlar təşkilatına qarşı ittihamlar səslənib.
Süleymanov isə Rekord.az-a açıqlamasında Abdullayevin cavabını verib. Cavab qısa amma çox tutarlı olub:
“Bundan öncəki müsahibələrimədn birində də demişəm, bir daha təkrar edirəm: bizim futbol veteranları arasında birlik heç vaxt olmayıb. Olmayan şey necə pozula bilər? Azərbaycan futbol veteranları itifaqının sədri Oqtay Abdullayev bilir ki, yalnız onun 4-5 yerdə işləmək səlahiyyəti və hüququ var. AFFA-ya çömçə tutmaqla dövlət tərəfindən hər il futbol veteranlarına ayrılan 230-250 min manat vəsaitin başına daş salmağın yolunu Oqtay Abdullayevdən yaxşı bilən yoxdur. Bu azmış kimi “Turan Tovuz” klubunun müşahidə şurasının sədri, “Neftçi” bazanın direktoru, Tələbə Futbol Federasiyasının vitse-prezidenti kimi vəzifələr də Oqtay Abdullayevin şəxsi mülkiyyətindədir. Bu adam veteranlar ittifaqı ilə həmkarlar ittifaqının fərqinin nədən ibarət olduğun bilsə də başındakı çay və siqaret puluna ehtiyacı olanlardan istifadə edərək, AFFA Həmkarlar İttifqanının işinə kölgə salmaq, getdiyi yollara daş dığırlamaqla məşğuldur. Məşhur tamaşada deyildiyi kimi niyə soruşan yoxdur ki, “axı bu Dadaşov kimdir?”. Bu geniş səlahiyyətlər üçün Oqtay Abdullayevi kim və ya kimlər görəvləndirib? Adam mətbuata açıqlamasında açıq şəkildə deyir ki, AFFA-nın baş katibi Elxan Məmmədov mənə deyib “durmuşam arxanda get, nə bilirsən elə”. Siz jurnalistlər bu adama sual verməlisiniz ki, başqa vaxt deyirsən ki, məni futbol veteranları bu ittifaqa sədr seçib. Amma bu açıqlamandan belə görünür ki, səni ittifaqa futbol veteranları sədr seçməyib, Elxan Məmmədov təyin edib. Səmədağa Şıxlarov kimi şəxsiyyətə Azərbaycan futbolunda iş tapılmır, amma Oqtay Abdullayev 4 yerdə işləyir. Budurmu veteranların birliyi? Birlik bilirsiniz harada ola bilər? Birlik eyni məqsəd uğrunda çalışan insanlarda, kollektivlərdə, təşkilatlarda ola bilər. Şəxsi mənafeyini güdən insanlardan ibarət təşkilatlarda kollektivlərə heç vaxt birlik ola bilməz. Səmədağa Şıxlarovun həndbolda işləməsi əksər veteranlarımızın, ümumiyyətlə, işsiz olması birlik göstəricisi sayıla bilməz. Bu haqda çox danışmaq olar. Mən isə artıq danışmaq istəmirəm. Sadəcə, bir futbol adamı, bir futbol mütəxəssisi kimi deyirəm: Oqtay Abdullayev kimi adamın rəhbərlik etdiyi veteranlar ittifaqının üzvü olmaqdansa, olmamağı özümə şərəf bilirəm".