Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Lill”lə keçirilən oyun “Çelsi” nin futbolçusu Villian üçün əlamətdar olub.

 

Rekord.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi London klubunun forması ilə 300-cü oyununu keçirib.

 

O, həm də komandasına qələbə qazandıran qolun müəllifi olub.

 

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən Villian, 300 oyunda 54 qol vurub və 53 məhsuldar ötürmə edib.