28 May Müstəqillik Gününə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi davam edir.

Rekord.az xəbər verir ki, 8 ümumtəhsil məktəb komandasından ümumilikdə 96 nəfər gəncin iştirak etdiyi yarışın finalçıları məlum olub. Nəticələri təqdim edirik:

Ağalıkənd kənd tam orta məktəbin komandası - Zəhmətabad kənd tam orta məktəbin komandası 2:1

İnternat tipli məktəb-liseyin komandası - İsmətli kənd tam orta məktəbin komandası 2:1

Beləliklə, Ağalıkənd və İnternat tipli məktəb-liseyin komandaları çempionluq uğrunda, Zəhmətabad və İsmətli kənd tam orta məktəbinin komandaları isə III yer uğrunda mübarizə apacaq.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.