Voleybol üzrə Zəfər Kuboku keçiriləcək
- 04 İyl 2022 11:40
- 612
22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək.
"Rekord.az" xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin, Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avropa Group"la birlikdə təşkil edəcəyi yarışa 8 komanda qatılacaq.
Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.
İyulun 5-də saat 12:00-da AVF-nin mənzil-qərargahında ("Sahil" metro stansiyasının yaxınlığında) atılacaq püşk nəticəsində 1/4 final cütlərinin tərkibi müəyənləşəcək. Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. İyulun 16-da yarımfinal, iyulun 22-də final qarşılaşmaları oynanılacaq.
Turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu 100 manat pul mükafatı alacaq.
Qeyd edək ki, Zəfər Kubokunun baş sponsoru "Avrora Group", İnformasiya dəstəkçisi "Report" agentliyidir.