Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvlərinin komandası Türkiyə çempionatında növbəti oyunua çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuz Ayşən Abduləzimova və hücumçumuz Nikalina Başnakovanın formasını geyindikləri "Sarıyer BLD" 26-cı turda "Karayolları" ilə üz-üzə gəlib. 

Səfərdə baç tutan görüş voleybolçularımızın komandası üçün uğurlu alınıb. 3 set davam edən matçda "Sarıyer BLD" quru hesablı qələbəni bayram edib - 3:0 (25:20, 25:22, 25:18). 

"Sarıyer BLD"-nin çətinlik çəkmədən qalib gəldiyi oyunda blokçumuz Ayşən Abduləzimova 7 xal qazanıb. O, meydan sahiblərini 5 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib. Əvəzetmə ilə meydana çıxan hücumçumuz Nikalina Başnakova isə 1 dəfə fərqlənib. O, bu xalı hücumda qazanıb.