Davit Volkov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Rekord.az xəbər verir ki, “Zirə”nin futbolçusu Misli Premyer Liqasının XV turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.

Onun matçdakı son topu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.


1Nazim Əliyev183
2Müşfiq Hüseynov125
3Rövşən Əhmədov116
4-5Qurban Qurbanov115

Samir Ələkbərov115
6Alay Bəhramov108
7Nadir Nəbiyev103
8-9Xaqani Məmmədov102

Vadim Vasilyev102
10Kənan Kərimov101
11Musa Qurbanov94
12Fazil Pərvərov89
13Samir Musayev88
14-15Fərrux İsmayılov85

İmamyar Süleymanov85
16Samir Əliyev84
17İsmayıl Məmmədov76
18İlham Məmmədov74
19Azər İsayev73
20Paşa Əliyev72
21Badri Kvaratsxeliya71
22Zaur Ramazanov70
23Yunis Hüseynov66
24-25Vidadi Rzayev65

Mahir Əliyev65
26Rauf Əliyev63
27-29Mahmud Qurbanov61

Ramiz Məmmədov61

Georgi Adamiya61
30-31Mahir Emreli59

Filip Ozobiç59
32Rəşad Abdullayev 58
33Vaqif Cavadov53
34Amil Yunanov52
35-36Həsən Abdullayev51

Riçard Almeyda51
37-41Vüqar Qəmbərov50

Mehman Baxışov50

Yalçın Bağırov50

Viktor İqbekoyi 50

Davit Volkov50