İngiltərənin “Vulverhempton” klubu UEFA-ya Avropa Liqasının 1/16 final mərhələsinin oyunları üçün yeni sifariş vərəqəsini göndərib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, “canavarlar”ın əvvəlki siyahısına Azərbaycan millisinin üzvü Renat Dadaşov, Leonarda Kampanya və Daniel Podens əlavə olunub. Lakin Dadaşovun milliyəti UEFA-nın saytında almaniyalı kimi göstərilib.

“Vulverhempton” Avropa Liqasının 1/16 final mərhələsində “Espanyol”la qarşılaşacaq.

Renat Dadaşov “Vulverhempton”un U-23 komandasında çıxış edir.