“Vüqar Həşimov Memorialı”: Şəhriyar yenə qələbəsiz qaldı
- 19 Dek 2022 23:00
- 470
“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə 4, 5 və 6-cı turun qarşılaşmaları baş tutub.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov 1 qalibiyyət, 2 heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov yenə qələbəyə həsrət qalıb. “Şah” bu gün keçirdiyi hər 3 görüşü sülhlə başa vurub.
4-cü tur
Rauf Məmmədov - Valeho Pons (İspaniya) - 0,5:0,5
Aydın Süleymanlı - Qukeş Dommaracu (Hindistan) - 0:1
Şəhriyar Məmmədyarov - Riçard Rapport (Rumıniya) - 0,5:0,5
Abdulla Qədimbəyli - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5
Van Hao (Çin) - Semuel Şenklend (ABŞ) - 1:0
5-ci tur
Semuel Şenklend (ABŞ) - Rauf Məmmədov - 0:1
Nodirbek Abdusattorov (Özbəkistan) - Van Hao (Çin) - 0,5:0,5
Riçard Rapport (Rumıniya) - Abdulla Qədimbəyli - 0,5:0,5
Qukeş Dommaracu (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Valyexo Pons (İspaniya) - Aydın Süleymanlı - 0,5:0,5
6-cı tur
Rauf Məmmədov - Aydın Süleymanlı - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Valeho Pons (İspaniya) - 0,5:0,5
Abdulla Qədimbəyli - Qukeş Dommaracu (Hindistan) - 1:0
Van Hao (Çin) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5
Semuel Şenklend (ABŞ) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0:1
6 turdan sonra Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 10 xalla liderdir. Ondan 1 xal geri qalan Rauf Məmmədov ikinci sıradadır. Çinli Van Hao 8 xalla 3-cü, ispaniyalı Valyexo Pons 7 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 5 xalı olan Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5-8-ci yerləri bölüşdürürlər. Şenklend 4 xalla 9-cu, Süleymanlı isə 2 xalla sonuncu - 10-cu pillədə yer alıb.
Turnirə dekabrın 24-də yekun vurulacaq.