Vüqar Həşimov Memorialının qalibi bəlli oldu
- 28 Sen 2024 21:00
- 318
Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, 8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.
14 turun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla turniri qalib kimi başa vurub.
Özbəkistanlı Nodirbek Abdusattorov 18 xalla ikinci yerdə qərarlaşıb .
16 xal toplayan Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerlə kifayətlənib.
Memorialın ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.
Xatirə turnirində Azərbaycanın üç şahmatçısı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak edib.